Peşə Təhsili Müəssisələrinə tələbə qəbulunun 2-ci mərhələsi başlayıb. Bu barədə 30 avqust tarixində Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinə istinadən xəbər veririk.
Bu gündən start verilən qəbul 5 sentyabradək davam edəcək.
Qeyd edək ki, 2022/2023-cü tədris ili üzrə tələbə qəbulu 5 ixtisas olmaqla 180 yer üzrə aparılacaq.