Sumqayıtda "İT Help Desk" ixtisası üzrə praktiki imtahan keçirilib. Sumqayıt24 bu haqda 17 iyun tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
İmtahan 12 nömrəli məktəbin peşə təmayüllü 11-ci sinfində təşkil olunub. Burada şagirdlər il ərzində öyrəndikləri bilik və bacarıqlarını nümayiş etdirib.
Sənaye və yüksək texnologiyalar üzrə Sumqayıt dövlət peşə təhsil mərkəzinin tədris istehsalat işləri üzrə direktor müavini Minayə Məmmədova da imtahanın gedişatını izləyib.