Sumqayıtda peşəyönümü işinin davamı olaraq buraxılış sinfinin şagirdləri ilə görüş keçirilib. Bu haqda Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi məlumat yayıb.
Görüş 34 saylı məktəbdə təşkil olunub. İştirakçılara peşə təhsilinin əhəmiyyəti haqqında ətraflı məlumat verilib, mərkəzdə tədris olunan ixtisaslar və qəbul qaydaları haqqında videotəqdimat nümayiş olunub.
Həmçinin mərkəzin məzunları uğur hekayələrini şagirdlər ilə bölüşüb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.