Saray qəsəbəsində avtomobil piyadanı vuraraq öldürüb. Sumqayıt24 bu barədə bu gün, 4 may tarixində Report-a istinadən xəbər verir.
Hadisə dünən 21:30 radələrində, Sumqayıt istiqamətinə gedən yolda baş verib. Belə ki, 23 yaşlı Rəşid Mürsəlov “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən 46 yaşlı Yadigar Əmiraslanovu vurub. Xəstəxanaya çatdırılan piyada orada dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.