Sumqayıt “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyasında liderliyini qoruyur. Sumqayıt24 bu haqda 27 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Şəhərimiz iştirakçı və təhvil verilən butulka sayına görə öndədir. Məlumata görə, Sumqayıtda keçirilən aksiyada 94 nəfər iştirak edib, ümumi tutumu 4162 litr olan plastik butulka yığılıb.
Qeyd edək ki, Bakıda 30 nəfər ümumi tutumu 2622 litr olan butulka təhvil verib.