Milli Qəhrəman general-mayor Polad Həşimovun doğum günü ilə əlaqədar xatirəsi yad edilib.
Bu barədə Sumqayit24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Anım mərasimində Müdafiə Nazirliyinin bir qrup zabit heyəti, Vətən müharibəsi iştirakçıları və Milli Qəhrəmanın ailə üzvləri iştirak ediblər. Nazirliyin rəhbərliyi adından milli qəhrəmanın məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.
Qeyd edək ki, 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olan Polad Həşimov Sumqayıt şəhərində orta təhsil alıb.