Sumqayıtda doktorant və dissertantların attestasiyası keçirilib.
Attestasiyada iştirak edən şəxslər, AMEA-nın Polimer Materialları İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə təhsil alırlar.
Burada, fəlsəfə doktoru hazırlığı üzrə 4 doktorant və 8 dissertant, elmlər doktoru hazırlığı üzrə isə 6 dissertant iştirak edib.
İclasda, onların il boyunca apardıqları elmi-tədqiqat işlərinin hesabatları dinlənilib, bununla bağlı müvafiq məsləhətlər verilib.