Sumqayıt poliqonunda 1 tondan çox dəniz məhsulları və dondurulmuş tərəvəzlər məhv edilib. Bu haqda bu gün, 13 aprel tarixində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata əsasən, məhsullar “Merano-Baku” MMC-yə məxsus idi. Adıçəkilən şirkətin 1410 kq müxtəlif növ qida məhsulları utilizasiya edilib. Ərzaqlar “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Daha öncə, şirkətin 2 tona yaxın məhsulu məhv edilmişdir.