“Fərid” kiçik müəssisəsinin 1070 kq məhsulu utilizasiya edilib. Sumqayıt24 bu haqda bu gün, 26 aprel tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
Məlumata əsasən, şirkətin unlu qənnadı məmulatları, süd məhsulları, çaylar, süd əvəzediciləri məhv edilib. Utilizasiya prosesi “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda aparılıb.