Sumqayıt poliqonunda 2 tona yaxın tullantı məhv edilib. Bu haqda bu gün, 2 aprel tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər veririk.
Məlumata əsasən, “Təhlükəli Tullantılar” MMC-nin poliqonunda dondurulmuş tərəvəz, xəmir və dəniz məhsulları və s. məhsullar utilizasiya edilib. Umumi çəkisi 1980 kq olan istehlaka yararsız və istifadə müddəti bitmiş ərzaqlar “Merano-Baku” MMC-yə məxsus idi.
Daha öncə, adıçəkilən şirkətin məhsulları həmin poliqonda məhv edilmişdir.