Sumqayıt poliqonunda 37 tona yaxın süd məhsulları məhv edilib. Sumqayıt24 bu barədə 12 avqust tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
“Təmiz Sumqayıt-Kənan” MMC-nin poliqonda istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 36.86 ton müxtəlif növ süd və süd məhsulları utilizasiya edilib. Məhsullar “Sun Food” MMC-yə məxsusdur.