Sumqayıtda istehlaka yararsız məhsullar utilizasiya edilib. Bu haqda 5 yanvar tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər veririk.
“AZ FP CO LTD” MMC-yə məxsus 72 adda 10,2 ton, “Sun Food” MMC-yə məxsus 34,53 ton müxtəlif növ qida məhsulu “Təmiz-Sumqayıt Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv olunub.