Sumqayıtda istehlaka yararsız və istifadə müddəti bitmiş məhsullar məhv edilib. Sumqayıt24 bu barədə 3 noyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Utilizasiya “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda aparılıb. “Klin-Pro” MMC-yə məxsus 410 kq süd məhsulu, “Fenix-Trade” MMC-yə məxsus 230 kq dəniz məhsulu, “Merano-Baku” MMC-yə məxsus 2770 kq müxtəlif növ qida məhsulları (süd, meyvə-tərəvəz və dəniz məhsulları), “Kodis” MMC-yə məxsus 2800 kq çips məhv edilib.