Sumqayıtda 9 tona yaxın süd məhsulları məhv edilib. Bu barədə 31 avqust tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər veririk.
“Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus poliqonda istehlaka yararsız və istifadə müddəti bitmiş, 67 adda, 8.659 kq müxtəlif növ süd məhsulları məhv edilib. Ərzaqlar “AZ FP CO LTD” MMC-yə məxsus idi.