Sumqayıtda müxtəlif növ qida məhsulları, o cümlədən ət və süd məhsulları utilizasiya edilib. Sumqayıt24 bu haqda 3 iyun tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Proses “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda keçirilib. Ümumi çəkisi 430 kq təşkil edən, istehlaka yararsız və istifadə müddəti bitmiş məhsullar “Pribaltika” MMC-yə məxsus idi.