Sumqayıt Şəhər Polis İdarəsində yeni kadr təyinatı olub. Bu haqda bu gün, 21 aprel tarixində Oxu.az-a istinadən xəbər veririk.
Məlumata əsasən, polis kapitanı Asəf Hətəmli Polis İdarəsi rəisinin şəxsi heyət üzrə köməkçisi vəzifəsini içra edəcək. Əmr daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən imzalanıb.
Hətəmli bundan öncə baş müstəntiq vəzifəsində çalışırdı.