Sumqayıt ŞPİ-nin rəis müavini, polkovnik Rauf Babaşov yeni vəzifəyə təyin olunub. Bu haqda 25 fevral tarixində Sumqayıt24 Qafqazinfo.az-a istinadən xəbər verir.
Daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, R. Babaşov Yardımlı RPŞ-nin rəisi təyin olunub.
Qeyd edək ki, nazirin digər əmri ilə Yardımlı RPŞ-nin rəisi, polis polkovniki Arif Babayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.