Sumqayıtda Polis İdarəsinin rəisi tələbələrlə görüşüb. Sumqayıt24 bu haqda AZƏRTAC-a istinadən xəbər verir.
Rəis polkovnik Fəqan Azadəliyev insan sağlamlığına zərər vuran, ağ ölüm kimi tanınan narkotik vasitələrin zərərindən, onun dövriyyəsi ilə bağlı ölkədə baş verən cinayətlər barədə danışıb. Narkomaniyaya qarşı həyata keçirilən müvafiq dövlət proqramları haqqında məlumat verib.
Sonda idarənin mövzu haqqında hazırladığı videoçarx nümayiş olunub. Gəncləri maraqlandıran suallar cavablandırılıb, diskussiya aparılıb.