Sumqayıtda “Sosial Media Marketinqi” mövzusunda onlayn təlim keçirilib.
Təlim KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən təşkil olunub. Burada 10 potensial sahibkar iştirak edib. Tədbirdə mərkəzin eksperti tərəfindən sosial medianın biznesin inkişafında, satışın təşkilində olan əhəmiyyəti ilə bağlı məlumat verilib.
Sonda, iştirakçılar ilə mövzu ətrafında müzakizə aparılıb və onların sualları cavablandırılıb.