Sumqayıtda fəaliyyət göstərən məhkəmələrdə kadr dəyişikliyi olub. Bu haqda 11 oktyabr tarixində Sumqayıt24 Prezident.az-a istinadən məlumat verir.
Prezident İlham Əliyev "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:
Sumqayıt İnzibati Məhkəməsi:
Könül Əbülfəz qızı Həbibova.
Sumqayıt Kommersiya Məhkəməsi:
Fərman Fəzail oğlu Həmidli.
Sumqayıt Şəhər Məhkəməsi:
Samir Bəyistan oğlu İsmayılov;
Vəfa Zavrulla qızı Şirəliyeva.
Sərəncamın ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:
Elçin Qüdrət oğlu Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib;
Fikrət Hüseyn oğlu Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilib.