Prezident İlham Əliyev Sumqayıtda olub. Bu haqda bu gün, 20 iyul tarixində Sumqayıt24 xəbər verir.
Dövlət başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkını ziyarət edib. O, burada yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib.
Sonra İlham Əliyev şəhərimizdə yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Bundan əlavə, dövlət başçısı Şəhidlər xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.
Səfər çərçivəsində prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.