top
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
18 mart 2026, 16:51
- +

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə xalqımızı təbrik edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda çox qədim köklərə malik Novruz bayramının ulu əcdadlarımızın indiki nəsillərə müqəddəs ərməğanı olduğunu vurğulayaraq bildirib: "Bu əziz bayram uzun əsrlərdən bəri milli təfəkkür tərzimizin ayrılmaz tərkib hissəsi olub, mədəni dəyərlərimizin təşəkkülünə xüsusi töhfə vermişdir. Novruz mərasimlərində xalqımızın nikbin dünyagörüşü, təbiətə sonsuz sevgisi, yüksək əxlaqi meyarları və gələcəklə bağlı ən işıqlı arzuları bütün zənginliyi ilə təcəssümünü tapır".

Prezident İlham Əliyev əlavə edib ki, Novruz ənənələrini yad təsirlərdən qoruyaraq zamanın sınaqlarından uğurla çıxarması və dövrümüzədək yaşatması Azərbaycan xalqının öz şərəfli tarixi qarşısında xidmətlərindəndir. Ali bəşəri keyfiyyətlər və dərin mənəviyyat xəzinəsi olaraq dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alan Novruz bayramı bu gün də Vətənimizin hər bir guşəsində yüzillərin yaddaşında iz qoymuş adətlərə uyğun el şənlikləri ilə qarşılanır.

"Əminəm ki, yaz fəslinin yeniləşdirici ab-havası gələcəyimizi arzularımıza uyğun qurmaq şövqümüzü daha da artıracaq və biz əzmimizlə azadlığına qovuşdurduğumuz əzəli yurd yerlərimizi aydın səma altında gözəlliklər məskəninə çevirəcəyik", - deyə Azərbaycan Prezidenti bildirib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 20:00

Sumqayıt gənclərini ekran qarşısına toplayan "Mikrorayon"un hekayəsi - MÜSAHİBƏ

Cəmiyyət
Bu gün, 19:30

Sumqayıtda bu qədər veteran TƏQAÜD alır

Cəmiyyət
Bu gün, 18:56

Sumqayıtlı qız beynəlxalq turnirin BİRİNCİSİ OLDU

Bütün xəbərlər
Bu gün, 18:11

Qurban Yetirmişli: "Xəzərdə afterşoklar davam edəcək"

Bütün xəbərlər
Bu gün, 17:30

2 uşaq anası "TikTok"dakı sevgilisinə görə Sumqayıtdan Qubaya qaçdı, bıçaqlandı

Cəmiyyət
Bu gün, 16:54

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 16:12

Saşa İliç "Sumqayıt"da 25 min manat maaş alır?

Bütün xəbərlər
Bu gün, 15:56

Külli miqdarda vəsaiti mənimsəməkədə təqsirləndirilən sabiq baş mühasibin işi Sumqayıt məhkəməsində

Cəmiyyət
Bu gün, 15:32

Sumqayıtda pensiyalar sabah ödəniləcək

İdman
Bu gün, 14:50

"Turan Tovuz" - "Sumqayıt" matçına böyük maraq olub

Cəmiyyət
Bu gün, 14:22

Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi

Bütün xəbərlər
Bu gün, 14:10

Sumqayıtda "gecə əməliyyatı" - Səkini zəbt etdilər

Bütün xəbərlər
Bu gün, 14:09

"7 nömrə" və 4 maşın toqquşub

Cəmiyyət
Bu gün, 13:30

Sumqayıtda qurumların dəyişməyən adəti: "İşi yarımçıq qoymaq"

İdman
Bu gün, 12:48

"Sumqayıt"ın oyununda stadionu kabab tüstüsü bürüdü

Bütün xəbərlər
Bu gün, 12:45

Müəllimlərin NƏZƏRİNƏ - Sənəd qəbulu başladı

Bütün xəbərlər
Bu gün, 12:07

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların VƏZİYYƏTİ

Cəmiyyət
Bu gün, 11:27

Sumqayıtlı xanım ölkə ikincisi idi, indi isə dünya ikincisinin tələbəsidir

İdman
Bu gün, 10:47

"Sumqayıt" xahiş etdi, AFFA razılıq verdi

Bütün xəbərlər
Bu gün, 10:07

Sumqayıt Bələdiyyəsindən sakinlərə: "Vergiləri vaxtında ödəyin"

Cəmiyyət
Bu gün, 09:29

Daşınmaz əmlakın sığortası üzrə təminat məbləği niyə dəyişmir?

Cəmiyyət
Dünən, 16:45

Sumqayıtda kanalın qarşısı kəsildi, təsərrüfatlara ziyan dəydi - İDDİA- Açıqlama

Cəmiyyət
11 aprel 2026, 18:05

Sumqayıta güclü külək "gəlir"

Cəmiyyət
11 aprel 2026, 17:30

Sumqayıtda məktəb yolu şagirdlər üçün əsl sınağa çevrilib

Oxşar xəbərlər