Prezident İlham Əliyev Sumqayıt şəhərinin inzibati ərazisinin genişləndirilməsinə dair qanunu təsdiq edib. Bu haqda 11 noyabr tarixində Sumqayıt24 Prezident.az-a istinadən məlumat verir.
“Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanuna təklif olunan dəyişiklik qəbul edilib.
Qanuna əsasən, Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.