Yüksək akademik nəticələri ilə fərqlənərək Prezident təqaüdünə layiq görülən Sumqayıt və Saray qəsəbəsinin ümumtəhsil müəssisələrini bitirən məzunların sayı açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Abşeron - Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Sumqayıt şəhərinin 17, Saray qəsəbəsinin isə 1 məzunu təqaüdə layiq görülüb.
Bu nailiyyət məzunların yüksək akademik göstəricilərinin və təhsildə qazandıqları uğurların nəticəsi kimi qiymətləndirilir.