Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsində fəaliyyət göstərən süd və süd məhsullarının istehsalı müəssisəsində nöqsanar aşkarlanıb.
Sumqayit24.az xəbər verir ki, vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının obyektdə keçirdiyi yoxlama zamanı sanitar-gigiyenik tələblərin pozulduğu, istehsal sahələrində və avadanlıqlarda çirklənmə, kiflənmə və paslanma hallarının olduğu, saxlanc sahələrində uyğunsuzluqlara yol verildiyi müəyyən edilib.
Faktla bağlı inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.