Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evinin himayəsində olan uşaqlar üçün maarifləndirici səfər təşkil olunub.
Sumqayit24.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, keçirilən səfər çərçivəsində uşaqlar Bakı–Sumqayıt–Bakı marşrutu üzrə qatarla səyahət ediblər.
Səyahətin ardından uşaqlar Azərbaycan Dəmiryol Muzeyini ziyarət edərək dəmir yolunun yaranma tarixi, inkişaf mərhələləri və ölkəmizin tərəqqisindəki rolu barədə məlumat alıblar.
Maraqlı və maarifləndirici proqram uşaqların dünyagörüşünün genişlənməsinə, dəmir yolu nəqliyyatı haqqında biliklərinin artmasına töhfə verib. Səfərin sonunda uşaqlara xatirə hədiyyələri təqdim olunub.