top
Vətən müharibəsinin 21-ci günü: XRONİKA
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 17-də bir sıra yaşayış məntəqələri uzun illər davam edən işğaldan sonra azad edilib.

Vətən müharibəsinin 21-ci günü Prezident İlham Əliyev "X" (əvvəllər "Twitter") platformasındakı paylaşımında işğaldan azad edilən torpaqları – Füzuli rayonunun yaşayış məntəqələrini elan edib: Füzuli şəhəri və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri.

44 günlük Vətən müharibəsinin 21-ci günü hərbi əməliyyatlar bütün cəbhəboyu davam edib.

Ermənistan silahlı qüvvələri gecə saat 01:00 radələrində Gəncə şəhərinin mərkəzi hissələrini raket atəşinə tutub.

Baş Prokurorluğun məlumatına görə, bu xain hücum nəticəsində 13 nəfər həlak olub, 48 nəfər xəsarət alıb. Həmçinin çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncəyə növbəti raket hücumu ilə bağlı rəsmi "Instagram" səhifəsində paylaşım edib.

Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 "Qrad" YARS qurğusu, 8 ədəd D-30 haubitsası və 1 ədəd D-20 haubitsası, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru xeyli itki verərək mövqelərini atıb və geri çəkilib. Həmçinin Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi qulluqçu döyüş mövqelərini özbaşına tərk edib.

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası bölmələrimiz tərəfindən məhv edilib.

Müdafiə Nazirliyi düşmənin S-300 zenit-raket kompleksinin məhv edilməsinin videogörüntülərini paylaşıb.

Ermənistan silahlı qüvvələrinə məxsus bir ədəd Su-25 təyyarəsi və taktiki PUA bölmələrimizin dəqiq atəşi ilə vurulub.

Düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları Azərbaycan Ordusunun aviasiya zərbələri ilə darmadağın edilib.

Ermənistan silahlı qüvvələrinə məxsus üç ədəd "Tor-M2KM" və bir ədəd "S-125" zenit-raket kompleksi, həmçinin 1 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi Azərbaycan Ordusunun bölmələrinin dəqiq zərbələri ilə sıradan çıxarılıb.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 17-si saat 12:00-dək 60 mülki şəxs həlak olub, 270 nəfər xəsarət alıb, 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 18:01

Sumqayıtda süd və süd məhsullarının istehsalı müəssisəsində nöqsanar tapılıb

Bütün xəbərlər
Dünən, 17:30

Müharibə əlilləri və şəhid ailələrinin sosial təminatı üçün vəsaitlərin ayrılması müddəti 2029-cu ilədək uzadılıb

Bütün xəbərlər
Dünən, 16:51

Uşaq evinin sakinləri Bakı-Sumqayıt-Bakı qatarı ilə səyahət ediblər

Bütün xəbərlər
Dünən, 16:07

Sumqayıtda sabah hava necə olacaq?

İdman
Dünən, 15:30

"Sumqayıt" "Araz-Naxçıvan" dueli RƏQƏMLƏRİN GÖZÜ İLƏ

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtda yataqxana sökülür, sakinlər isə təklif olunan şərtləri bəyənmir

Kriminal
Dünən, 14:17

Biri qonşunun ayaqqabısına, digəri mağazanın malına göz dikdi

Bütün xəbərlər
Dünən, 13:41

500, 503 və 508 nömrəli avtobusların sərnişinlərinin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 13:05

Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb

Bütün xəbərlər
Dünən, 12:26

Xaricdə oxuyanlara dövlət qulluğu ilə bağlı yeni xəbər

Bütün xəbərlər
Dünən, 12:20

Hərbçilərin əməkhaqları artırılır

Bütün xəbərlər
Dünən, 11:42

İki yeniyetmə Sumqayıt yolunda avtobusları "daşqalaq" etdi

Bütün xəbərlər
Dünən, 11:05

Sumqayıtlı aparıcının bacısı komaya düşdü

İdman
Dünən, 10:30

"Sumqayıt"ın kapitanı: "Qərar eyni olmalı idi"

Bütün xəbərlər
Dünən, 09:54

Sumqayıtda liseyin qarşısında yol bərbad gündədir

Bütün xəbərlər
Dünən, 09:19

"VAZ dairəsi"nin yaxınlığında QƏZA

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: döyüşlərin 20-ci günü

Bütün xəbərlər
15 oktyabr 2026, 17:38

Sumqayıtda dezinfeksiya işləri sakinləri qorxutdu

Bütün xəbərlər
15 oktyabr 2026, 17:00

Sumqayıtda qəza: "Hyundai" və "Khazar" toqquşdu

Bütün xəbərlər
15 oktyabr 2026, 16:24

Sabah 28 dərəcə isti olacaq

Bütün xəbərlər
15 oktyabr 2026, 15:50

Prezidentlər Sumqayıtdan keçən Trans-Xəzər Fiber-Optik kabel xəttinin açılışını ediblər

Oxşar xəbərlər