top
Sumqayıtda yataqxana sökülür, sakinlər isə təklif olunan şərtləri bəyənmir
Bu gün, 14:55
- ↺ +

Sumqayıtda yataqxana sökülür, sakinlər isə təklif olunan şərtləri bəyənmir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhəri, 20 Yanvar küçəsində yerləşən 15 nömrəli yataqxananın sakinləri problemlərlə üzləşiblər. 

Onların sözlərinə görə, binanın sökülməsi planlaşdırılır, lakin tikinti şirkəti tərəfindən təklif olunan köçürülmə şərtləri onları qane etmir.

Şikayətçilərdən biri həyat yoldaşının birinci qrup əlilliyi olduğunu və mövcud vəziyyətin onların gündəlik həyatını daha da çətinləşdirdiyini söyləyib.

"Yoldaşım birinci qrup əlildir, ayağı yoxdur, şəkər xəstəliyindən əziyyət çəkir. Bu yaxınlarda yıxılıb, başından xəsarət alıb. Mən onu haraya aparım?" – deyə o, narazılığını ifadə edib.

Sakinlər iddia edirlər ki, bəzi ailələrə 35 min manat kompensasiya ödənilib, digərləri isə başqa yaşayış yerlərinə köçürülüb. Lakin yataqxanada qalan ailələrə əsasən müvəqqəti kirayə variantı təklif olunur.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən bina istismar müddətini başa vurduğundan onun sökülərək yerində yeni hündürmərtəbəli yaşayış binasının inşa edilməsi nəzərdə tutulub. Binada yaşamış 128 ailədən 14 məcburi köçkün ailəsi hələ də həmin ərazidə qalır:

"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həmin ailələrə işğaldan azad edilmiş ərazilərdə müvafiq yaşayış sahələri təklif edilir. Eyni zamanda tikinti işlərini həyata keçirəcək Mənzil-Tikinti Kooperativi tərəfindən ailələrin doğma yurdlarına qayıdanadək müvəqqəti yaşayış yerləri ilə təmin olunması üçün qarşılıqlı razılaşma əsasında kirayə haqlarının ödənilməsi nəzərdə tutulur. Lakin sakinlər təklif olunan şərtləri qəbul etmirlər".

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər

İdman
Bu gün, 15:30

"Sumqayıt" "Araz-Naxçıvan" dueli RƏQƏMLƏRİN GÖZÜ İLƏ

Kriminal
Bu gün, 14:17

Biri qonşunun ayaqqabısına, digəri mağazanın malına göz dikdi

Bütün xəbərlər
Bu gün, 13:41

500, 503 və 508 nömrəli avtobusların sərnişinlərinin NƏZƏRİNƏ

Bütün xəbərlər
Bu gün, 13:05

Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb

Bütün xəbərlər
Bu gün, 12:26

Xaricdə oxuyanlara dövlət qulluğu ilə bağlı yeni xəbər

Bütün xəbərlər
Bu gün, 12:20

Hərbçilərin əməkhaqları artırılır

Bütün xəbərlər
Bu gün, 11:42

İki yeniyetmə Sumqayıt yolunda avtobusları "daşqalaq" etdi

Bütün xəbərlər
Bu gün, 11:05

Sumqayıtlı aparıcının bacısı komaya düşdü

İdman
Bu gün, 10:30

"Sumqayıt"ın kapitanı: "Qərar eyni olmalı idi"

Bütün xəbərlər
Bu gün, 09:54

Sumqayıtda liseyin qarşısında yol bərbad gündədir

Bütün xəbərlər
Bu gün, 09:19

"VAZ dairəsi"nin yaxınlığında QƏZA

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: döyüşlərin 20-ci günü

Bütün xəbərlər
Dünən, 17:38

Sumqayıtda dezinfeksiya işləri sakinləri qorxutdu

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda qəza: "Hyundai" və "Khazar" toqquşdu

Bütün xəbərlər
Dünən, 16:24

Sabah 28 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 15:50

Prezidentlər Sumqayıtdan keçən Trans-Xəzər Fiber-Optik kabel xəttinin açılışını ediblər

Bütün xəbərlər
Dünən, 15:35

Yaşasaydı igid Vətən oğlunun bu gün 25 yaşı tamam olacaqdı...

İdman
Dünən, 15:00

"Sumqayıt" "Araz-Naxçıvan"la matça itkilərlə çıxacaq

Bütün xəbərlər
Dünən, 14:21

Sumqayıtda abadlıq və yaşıllaşdırma işləri aparılır

Bütün xəbərlər
Dünən, 13:45

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

İdman
Dünən, 13:11

"Sumqayıt"ın növbəti matçı bu hakimlərə TAPŞIRILDI

Bütün xəbərlər
Dünən, 12:36

MAXE olmaq istəyən Sumqayıt sakinlərinin nəzərinə

Bütün xəbərlər
Dünən, 12:00

"Ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi

Oxşar xəbərlər