“PROGRO” Platformasının Sumqayıt məzunları bir araya gəliblər. Sumqayıt24 bu haqda 30 dekabr tarixində “UNDP Azerbaijan”-a istinadən xəbər verir.
Şəbəkələşmə görüşündə gənclər öz uğur hekayələrini paylaşıblar. Platformanın gənclərə faydası, əlavə görülə biləcək işləri müzakirə edilib. Sonra onlar "Məqsədlərin müəyyən edilməsi" təlimində iştirak edib, ABŞ-də təhsil və mübadilə proqramları barədə məlumat alıblar.
Qeyd edək ki, “PROGRO” Sumqayıt Mərkəzinin təlimlərindən 100-dən çox gənc yararlanıb.