“Norm ASC”-nin Keyfiyyətə Nəzarət və Keyfiyyətə Zəmanət üzrə baş mühəndisi “PROGRO” Sumqayıt mərkəzinin qonağı olub. Bu haqda 1 mart tarixində Sumqayıt24 xəbər verir.
Lətafət Kəngərli gənclərə karyerası haqqında danışıb. Onlara karyera inkişafı üsullarından, iş mühitində qarşılaşdığı çətinliklərdən, peşəkar işçi profilinin formalaşdırılmasının vacibliyindən söz açıb.
Həmçinin mühəndislik sahəsində işləmək istəyən gənclərə lazımi bacarıqlar əldə etmək, sahə mütəxəssisi olmaq üçün inkişaf yollarından bəhs edib.
Sonda iştirakçıların sualları cavablandırılıb.