Sumqayıtda “Psixosən” layihəsinin təqdimatı keçirilib. Sumqayıt24 bu haqda KOB İnkişaf Mərkəzinin Facebook səhifəsinə istinadən xəbər verir.
Tədbirə şəhərimizdə fəaliyyət göstərən psixoloqlar və müvafiq sahədə sahibkarlıq subyektlərləri qatılıblar. Burada psixoloq xidmətlərinin onlayn platforma üzərində təqdim olunması və bunun üstünlükləri barədə məlumat verilib, qeydiyyat və digər məsələlərlə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Psixosen.com” psixoloq xidmətlərini vahid platformada birləşdirən portaldır. Onun məqsədi onlayn şəkildə mütəxəssisləri və istifadəçiləri görüşdürərək psixoloq xidməti üçün müraciət etmək imkanı yaratmaqdır.