Rüşvətə görə vəzifəsindən azad edilən direktor başqa vəzifədə çalışırmış. Sumqayıt24 bu haqda 22 oktyabr tarixində Trend.az-a istinadən xəbər verir.
Söhbət 32 saylı məktəbin sabiq rəhbəri Esmira İbrahimovadan gedir. Onun müəllimlərdən 50 manat pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb və o, işdən çıxarılıb. Lakin E. İbrahimova Sumqayıt Şəhəri üzrə Təhsil Şöbəsində hələ də metodist kimi fəaliyyət göstərməkdədir.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən (AXRTİ) məlumat təsdiqlənib. Bildirilib ki, o, 2012-ci ildən bu vəzifəni icra edir.