H.Z. Tağıyev qəsəbəsində məktəb direktoru ilə bağlı yayılmış iddia həqiqəti əks etdirmir. Sumqayıt24 bu haqda 28 dekabr tarixində Xeberle.com-a istinadən xəbər verir.
Valideynlərdən pul tələb etdiyi üçün vəzifəsindən kənarlaşdırılan Sumqayıt şəhər 6 saylı məktəbin direktoru İradə Məmmədovanın yenidən vəzifəsinin başına qayıtması ilə bağlı məlumat yayılmışdı. Bu mövzu sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirəyə səbəb olmuşdu.
Sözügedən məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən açıqlama verilib. Bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən 6 nömrəli məktəbin direktoru İradə Məmmədova səhhəti ilə bağlı uzun müddət xəstəlik vərəqində olub. İşə qayıtdıqdan sonra isə ona elm və təhsil nazirinin müvafiq əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.