Sumqayıtda “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyasının keçirilmə tarixi açıqlanıb. Sumqayıt24 bu haqda 21 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Pulsuz ekoçanta almaq istəyən sakinlər onun əvəzinə ümumi tutumu minimum 15 litr olan müxtəlif plastik butulkaları (0,33/ 0,5/ 1/ 1,5/ 2 və s.) təhvil verməlidir. Aksiya 25 iyun saat 12:00-dan 14:00-dək “Bravo” superstorda (9-cu mkr.) həyata keçiriləcək.
Təşəbbüsün əsas məqsədi ətraf mühiti, təbiəti plastikin yetirdiyi ziyandan qorumaqdır.