top
Pulu səhvən başqa karta göndərdiniz? - ARDICILLIQ TƏLİMATI
27 noyabr 2024, 07:20
- +

Pulu səhvən başqa karta göndərdiniz? - ARDICILLIQ TƏLİMATI

Vətəndaş səhvən başqa şəxsin bank kartına köçürdüyü pulu geri ala bilməməsindən şikayətçidir.

O, sosial mediada etdiyi paylaşımında qeyd edib ki, iki ay əvvəl səhvən başqasının kartına köçürdüyü pulu həmin şəxs xərcləyib:

"İki ay əvvəl bir nəfər terminaldan kartına pul ata bilmədi. Köməklik göstərdim, mən atdım. Bunun səhəri özüm başqa adama 800 manat köçürmək istəyəndə ödənişi səhvən köməklik göstərdiyimin kartına göndərmişəm. İkimizdə də eyni bankın kartı idi. Məndə kartın üzərindəki kodun 8595, onda 8995 ilə bitməsi məni çaşdırdı. Bank pulu köçürdüyüm şəxslə əlaqə saxlasa da, o, pulu xərclədiyini dedi. Polis banka sorğu verib, lakin bank bildirir ki, məhkəmə qərarı olmalıdır. Məhkəməyə gedirəm, o da deyir ki, adamın ad-soyadı olmadan nəsə edə bilmərik".

Maraqlıdır, belə halla qarşılaşan vətəndaş pulunu geri necə qaytara bilər?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, vətəndaş məhkəmə yolu ilə pulunu geri qaytara bilər:

"Pulun köçürüldüyü şəxs məbləği öz xoşu ilə geri qaytarmadığı təqdirdə məsələ məhkəmə yolu ilə həll olunmalıdır. Vətəndaş banka müraciət etməlidir ki, pulun köçürüldüyü şəxslə əlaqə saxlanılsın. Bundan sonra şəxs öz xoşu ilə qaytarmasa, məhkəmə qaydasında pulun geri qaytarılması tələb olunmalıdır. Məhkəmə qərarı birmənalı olaraq pul köçürməsini edən şəxsin xeyrinə olmalıdır. Məhkəmə də iddia yazanda çıxacaq bütün xərcin pulun köçürüldüyü şəxsdən alınmasını bildirməlidir".

Ekspertin sözlərinə görə, məhkəmə pulun köçürüldüyü şəxsin adı olmadığını əsas gətirərək nəsə edə bilməyəcəyini deyirsə, vətəndaş ilk olaraq iddianı banka qarşı qaldırmalıdır:

"Məhkəmə bankdan rəsmi qaydada bütün məlumatları alacaq. Bundan sonra məhkəmə cavabdehi dəyişdirəcək. Belə bir prosedur var. Məhkəmə icraatı zamanı cavabdeh əsl cavabdeh ilə əvəz edilə bilər".

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:58

SDU-da "SmarTech-I" müsabiqəsinin finalı keçirildi

Bütün xəbərlər
Dünən, 17:18

Təmizlənir, amma yenə zibillənir: Sumqayıtda sakinlərdən sərt təklif

Bütün xəbərlər
Dünən, 16:10

Sumqayıtda istirahət günü 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Birinci sinfə elektron qəbul yenidən BAŞLAYIR

Bütün xəbərlər
Dünən, 15:15

Həyəti su basdı, ərazini üfunət bürüdü - Sumqayıtda qəza

Bütün xəbərlər
Dünən, 14:21

Zakir Fərəcov SDU-nun tədris korpusundakı təmir işləri ilə tanış oldu

İdman
Dünən, 13:44

"Sumqayıt" doğma meydanına bu tarixdə qayıdacaq - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:05

"Sumqayıt" bu gün meydana çıxır - rəqib "Şamaxı"

Bütün xəbərlər
Dünən, 12:30

35 il çörək daşıyan Novxanı sakini: "Çörəyin qədrini bu peşə öyrətdi"

Bütün xəbərlər
Dünən, 11:41

Məşhur həkim Sumqayıtda yaşadığı günləri xatırladı

İdman
Dünən, 10:45

"Sumqayıt" Mamadi Banqreni transfer etdi - RƏSMİ

Bütün xəbərlər
Dünən, 10:12

Sumqayıtda məktəbin yanında ürəkbulandıran vəziyyət

Bütün xəbərlər
Dünən, 09:18

İlk baxışdan səhraya bənzəyən ərazi Sumqayıtda stadion imiş...

Bütün xəbərlər
11 sentyabr 2026, 18:15

Adı dünyanın 7 nüfuzlu universitetinin qəbul siyahısında olan sumqayıtlının uğur hekayəsi

Bütün xəbərlər
11 sentyabr 2026, 17:47

"İşləmək imkanlı olmaq demək deyil" – təhsil kreditləri ilə bağlı yeni təklif

Bütün xəbərlər
11 sentyabr 2026, 17:15

Kanalizasiya problemi, dözülməz şərait, çarəsiz Sumqayıt sakinləri

Bütün xəbərlər
11 sentyabr 2026, 16:45

Sumqayıtda "ağıllı su şəbəkələri" tətbiq olunacaq

Bütün xəbərlər
11 sentyabr 2026, 16:15

Ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb

Bütün xəbərlər
11 sentyabr 2026, 15:45

"İnandır və qalib gəl" – Sumqayıtlı gənclər üçün yeni yarış

İdman
11 sentyabr 2026, 15:15

Burkina Faso yığmasının vingeri "Sumqayıt"a gəlir?

Bütün xəbərlər
11 sentyabr 2026, 14:45

17-ci mikrorayonda sakinlər susuz qaldı - Qurumdan açıqlama

Bütün xəbərlər
11 sentyabr 2026, 14:15

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
11 sentyabr 2026, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Bütün xəbərlər
11 sentyabr 2026, 13:15

SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Oxşar xəbərlər