Qəbələ-Sumqayıt istiqamətində istifadəyə verilən yeni marşrut xəttindəki avtobuslar şəhid ailələrinə ödənişsiz xidmət göstərəcək. Sumqayıt24 bu haqda bu gün, 17 mart tarixində Xeberle.com-un Facebook hesabına istinadən xəbər verir.
Məlumata əsasən, Qəbələ rayonundan Sumqayıt şəhərinə gələn sərnişinlər birbaşa ünvanlarına kimi çatdırılacaq. Həmçinin bağlama göndərmək mümkündür. Ətraflı məlumat üçün (050) 741-00-56 nömrəsi ilə əlaqə saxlamaq olar.