Saray qəsəbəsində yerləşən qəbiristanlıqda molla dünyasını dəyişib. Sumqayıt24 bu haqda Report-a istinadən xəbər verir.
Məlumata görə, məzarların birinin önündə "Yasin" oxuyan qəsəbənin mollası, 55 yaşlı İslam Abdullazadə qəfildən vəfat edib. Onun, ürək çatışmazlığından öldüyü bildirilir.
Mərhum Saray qəbiristanlığında dəfn olunub.