Sumqayıtda qəzadan sağ çıxan sürücü xəstəxanada öldü. Bu haqda Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər veririk.
Qəza, 21 yanvar tarixində “Qurd dərəsi” bağlar sahəsində qeydə alınmışdır. Yol-nəqliyyat hadisəsi Vidadi Xanəliyevin idarə etdiyi “Daewoo” və İ.Mütəllimovun idarə etdiyi “BMW” markalı avtomobillərin iştirakı ilə baş verib. Hər iki sürücü xəstəxanaya yerləşdirilsə də, Xanəliyev sonradan dünyasını dəyişib.
Sumqayıt ŞPİ-də araşdırma aparılır.