Sumqayıtda baş vermiş qəzadan sağ çıxan piyada xəstəxanada ölüb. Sumqayıt24 bu haqda APA-ya istinadən xəbər verir.
Hadisə fevral ayında şəhərin Sülh prospektində baş verib. Belə ki, avtomobil yolu keçmək istəyən 60 yaşlı Geyis Piriyevi vurmuşdu. Xəstəxanaya yerləşdirilən kişi həkimlərin səylərinə baxmayaraq dünən, 10 mart tarixində vəfat edib.