Qızıl Aypara Cəmiyyətinin (QAC) Sumqayıt bölməsinin könüllüləri təlimdə iştirak ediblər. Bu barədə 20 avqust tarixində sosial şəbəkələrə istinadən xəbər veririk.
Bərdə rayonunda 2 günlük Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin işləri haqqında təşkil olunan yayım sessiyasına ölkə üzrə ümumilikdə 12 könüllü qatılıb. Onlar bölmə olaraq öz təqdimatlarını hazırlayaraq müxtəlif çıxışlar ediblər.
Təlimin əsas məqsədi könüllülərin bu istiqamət üzrə bilik və bacarıqlarını artırmaq olub.