Qızıl Aypara Cəmiyyəti (QAC) Sumqayıt şəhər bölməsi iki günlük seminar və icmalarda görüşlər keçirib. Bu haqda bu gün, 8 aprel tarixində QAC-ın Facebook hesabına istinadən xəbər veririk.
Tədbirdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz nümayəndəliyi iştirak edib. Tədbirin birinci günü könüllülərə “Epidemiya/Pandemiya” mövzusunda seminar keçirilib. Tədbirin 2-ci günündə isə icma üzvləri üçün sağlamlıq mövzusunda maarifləndirici görüş təşkil olunub.
Tədbirin sonunda icma üzvləri xatirə şəkilləri çəkdiriblər.