Fövqəladə Mobil Könüllü Dəstənin aylıq görüşü baş tutub. Bu barədə 29 noyabr tarixində Sumqayıt24 xəbər verir.
İclas QAC Sumqayıt şəhər bölməsinin ofisində keçirilib. Bölmə təlimatçısı Lalə Cəlilzadə könüllülərə görülən işlər haqda məlumat verib. Növbəti ay ərzində görüləcək işlər müzakirə olunub.
Sonda könüllülər Rəşad Osmanov və Nurlan Quliyev Naftalanda keçirilən “WEC” - Risklərə və Təhlükəsizliyə dair təkmilləşdirmə təlimindən söz açıblar.