Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin ofisində Fövqəladə Mobil Könüllü Dəstənin (FMKD) aylıq görüşü keçirilib. Sumqayıt24 bu haqda 28 fevral tarixində xəbər verir.
Bölmə sədri Mətanət Məhərrəmova könüllülərə iclasın məqsədi barədə məlumat verib. Təlimatçı Lalə Cəlilzadə öz növbəsində bölmənin və könüllülərin gördüyü işlərdən söz açıb. Mart ayı üçün fəaliyyət planı müzakirə edilib.
Sonda bölmə könüllüləri Hüseyn Səlimov və Seyfəddin Maqsudov təklif və fikirlərini həmkarları ilə bölüşüblər.