Fövqəladə Mobil Könüllü Dəstənin iclası keçirilib. Sumqayıt24 bu haqda 28 yanvar tarixində xəbər verir.
Görüş Qızıl Aypara Cəmiyyəti Sumqayıt bölməsinin ofisində təşkil olunub. Çıxış edənlər ay ərzində görülən işlərdən, növbəti ay üçün yeni fəaliyyət planlarından söz açıblar.
Bölmə könüllüləri Hüseyn Səlimov, Əli Nadirli və Seyfəddin Maqsudov öz təkliflərini könüllülərlə bölüşüblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.