Sumqayıtda yüksəklikdən yıxılan qadın sağ qalıb. Sumqayıt24 bu haqda 4 fevral tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə bu gün səhər saatlarında qeydə alınıb. 31 yaşlı Türkan Hümbətli yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb. O, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.