Sumqayıt şəhəri Qadın Resurs Mərkəzində “Açıq qapı” günü keçiriləcək. Bu barədə 23 iyul tarixində Sumqayıt24 xəbər verir.
Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunacaq. Burada psixoloq, sosial işçi və hüquqşünaslar vətəndaşlara müvafiq məsləhətlər verəcək və köməklik göstərəcəklər.
Tarix: 28 iyul;
Vaxt: 10:00-17:00;
Ünvan: 5-ci mikrorayon, Gənclər evi (2-ci mərtəbə).