Sumqayıt Qadın Resurs Mərkəzində maarifləndirici görüş keçirilib. Bu barədə Sumqayıt24 xəbər verir.
Təlim insan hüquqları sahəsində gəncləri maraqlandıran suallar əsasında qurulub. Burada 20 nəfər gənc tələbə iştirak edib. Ekspert qismində çıxış edən Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkillər Bürosunun rəhbəri Anar Qasımlı insan hüquqları barədə geniş məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.