Sumqayıtda onu söyərək vuran qadını avtobusdan yerə atan sürücü A. Kosayev işdən çıxarılıb. Sumqayıt24 bu haqda 29 iyun tarixində Oxu.az-a istinadən xəbər verir.
Daxili İşlər Nazirliyinin əməkdaşı, polis mayoru Anar Qafarovun sözlərinə görə, məsələ ilə bağlı təhqiqat aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Faktla bağlı xəsarətlərin müəyyən edilməsi üçün ekspertiza təyin olunub.