“Sumqayıt şəhəri və yaxın bölgələrdə əhalinin qadın hüquqları və onların müdafiə mexanizmləri barədə maarifləndirilməsi, hüquq pozuntularına məruz qalmış qadınlara sosial xidmətlərin təşkili” layihəsinin icrasına başlanılıb. Bu haqda Xeberle.com-a istinadən xəbər veririk.
Bu layihə çərçivəsində, ehtiyacı olan qadınlara istənilən sahədə yardım göstəriləcək. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən təşkil olunur.
Layihənin imkanlarından yararlanmaq, onun icrasında könüllü qismində iştirak etmək istəyən şəxslər bu əlaqə nömrələri ilə təşkilata müraciət edə bilərlər: (050) 680-22-22, (050) 300-87-88, (01864) 64 24827
Ünvan: 1-ci mkr, bina 45b, Mərkəzi kitabxananın yanındakı hündürmərtəbəli binanın 1-ci mərtəbəsi.