Milli Qəhrəman, əfsanəvi general-mayor Polad Həşimov haqqında sənədli film çəkilib. Sumqayıt24 bu haqda bu gün, 4 may tarixində Report-a istinadən xəbər verir.
Məlumata görə, "Salnaməfilm” studiyasında istehsal olunan “Poladın izi ilə” adlı film Mədəniyyət Nazirliyi tərəfindən sifariş edilib.
Çəkilişləri Bakıda və Qəbələdə aparılan ekran əsərinin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri isə Nazim Hüseynovdur.
“Poladın izi ilə” filminin təqdimat mərasimi bu gün saat 19:00-da Nizami Kino Mərkəzində (Bakı ş.) baş tutacaq. Mərasimdə şəhid generalın ailə üzvləri, döyüş yoldaşları və dostları iştirak edəcəklər.